HADİSƏ

Keçmiş prezident xəstəxanaya yerləşdirildi

93 yaşlı Buşun qanında infeksiya aşkarlanıb
Sputnik

BAKI, 24 aprel — Sputnik. ABŞ-nın keçmiş prezidenti böyük Corc Buş Hyustonda xəstəxanaya yerləşdirilib.

Bu barədə CNN xəbər verir.

Məlumata əsasən, 93 yaşlı Buşun qanında infeksiya aşkarlanıb. Onun intensiv terapiya palatasına yerləşdirildiyi bildirilir.