SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Serj Sarqsyan istefa verdi

Sarqsyanın istefası Ermənistanda keçirilən çoxgünlük etiraz aksiyalarından sonra baş verib
Sputnik

BAKI, 23 aprel — Sputnik. Ermənistanın baş naziri Serj Sarqsyan istefa verib. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Sarqsyanın istefası Ermənistanda keçirilən çoxgünlük etiraz aksiyalarından sonra baş verib.

Ermənistanın baş naziri Serj Sarqsyanın istefa müraciətinin mətni də yayılıb. 

"Sizə son dəfə dövlət başçısı kimi müraciət edirəm. Nikol Paşinyan (etiraz aksiyalarının lideri) haqlı idi. Mən səhv etmişəm. Yaranmış vəziyyətdən bir neçə çıxış yolu var, lakin mən onların heç birinə getməyəcəm. Bu mənlik deyil. Mən ölkəmizin rəhbəri vəzifəsindən gedirəm" — Sarqsyanın müraciətində deyilir.

Xatırladaq ki, aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb. Aprelin 17-də müxalifət ölkədə "məxməri inqilab"ın başladığını elan edib. Buna baxmayaraq, parlament Sarqsyanı baş nazir kürsüsünə oturdub.

Aprelin 22-də müxalifətin lideri, parlamentdəki "Yelk" ("Çıxış") fraksiyasının rəhbəri Nikol Paşinyanla baş nazir Serj Sarqsyan arasında uğursuz dialoq cəhdi olub. Baş tutmayan dialoqdan dərhal sonra Paşinyan həbs edilib, lakin bir gün sonra azadlığa buraxılıb.