CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda arzuolunmaz mənzərə yaranıb

Ramana-Maştağa yolu sıradan çıxır: Günahkar kimdir?
Sputnik

BAKI, 23 aprel — Sputnik. "2016-cı ilin sonunda istifadəyə verilən Ramana-Maştağa avtomobil yolunda yerli icra strukturlarının biganəliyi nəticəsində yolun asfalt-beton örtüyü sıradan çıxır". Bu barədə Sputnik Azərbaycan-a Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, yolun tikintisi zamanı səth sularının toplaşdığı ərazidə suyun kənarlaşdırılması üçün xüsusi quyu inşa edilib: "Quyuya yığılan su kütləsi nasos vasitəsi ilə yaxınlıqdan keçən su kanalına axıdılır. Lakin yerli icra strukturlarının biganəliyi nəticəsində yağıntılı havalardan sonra həmin nasos işə salınmır. Nəticədə isə atmosfer yağıntılarından əmələ gələn su kütləsi yolun hərəkət hissəsinə dolur".

1 / 4
Ramana-Maştağa avtomobil yolu
2 / 4
Ramana-Maştağa avtomobil yolu
3 / 4
Ramana-Maştağa avtomobil yolu
4 / 4
Ramana-Maştağa avtomobil yolu

"Bu isə həm vətəndaşların rahat gediş-gəlişinə mane olur, həm də tədricən asfalt-beton örtüyünün sıradan çıxmasına gətirib çıxarır. Problemin qısa müddət ərzində aradan qaldırılması üçün aidiyyəti üzrə rəsmi şəkildə müraciət olunub" — -deyə Nəcəfli vurğulayıb.