QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyindən təxribat xəbərdarlığı: Sərt tədbir görüləcək

Müdafiə Nazirliyi: "Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək"
Sputnik

BAKI, 23 aprel — Sputnik. Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan video ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti Sputnik Azərbaycan-ın sorğusuna cavab verib. Cavabda deyilir:

Vəziyyət gərginləşir: Həbslər davam edir, insanlar mərkəzə toplaşır

"Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır. Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir. Bildiririk ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək".