MƏDƏNİYYƏT

Maqomayevin “Sevgili canan”ı Moskvada Novruzovun ifasında səslənib

“Sən supersən!” vokal layihəsinin azərbaycanlı ifaçısı Səməd Novruzov Müslüm Maqomayevin repertuarından olan məşhur “Sevgili canan” romansını oxuyub. Buna videoda baxın.
Sputnik

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.

Müsabiqənin iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.