SƏHİYYƏ

Mədəsini kiçiltmək istəyənlərin nəzərinə - həkim məsləhəti

Tibbi ekspert Rasif Bağırov deyir ki, bu əməliyyatdan sonra isə insan orqanizmində heç bir fəsad yaranmır
Sputnik

Rasif Bağırov: “Bu əməliyyata dieta ilə arıqlamağı mümkün olmayan xəstələr gedə bilər”
“Mədə kiçiltmə əməliyyatına yalnız dieta saxlamaqla arıqlamağı mümkün olmayan xəstələr gedə bilər”. Bunu Sputnik Azərbaycan-a son zamanlar geniş tətbiq olunan mədə kiçiltmə əməliyyatlarının təsirlərindən danışarkən tibbi ekspert Rasif Bağırov deyib.  Həkim bildirib ki, mədə kiçiltmə əməliyyatını yalnız piylənmə zamanı etmək olar: 

“Mədə artıq o qədər genişlənir ki, xəstə dieta saxlasa da, mədəsi əvvəlki formasını ala bilmir. İnsan orqanizminin bir xüsusiyyəti var: mədəyə qida kifayət qədər yığılmayanda beyinə aclıq siqnalı verir. Bu zaman da insan narahat olur. Həmin an insan yenidən qida qəbul etməyə başlayır ki, narahatçılığı aradan qalxsın. Əməliyyatdan sonra isə insan orqanizmində heç bir fəsad yaranmır. Əksinə, xəstə sürətlə arıqlayaraq formaya düşür, sağlam həyat tərzinə qovuşur”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz