İŞİD Kabili qana boyadı: Partlayışda xeyli ölən var

Güman edildiyinə görə, terror aktlarını ölkədə keçirilməsi planlaşdırılan parlament seçkilərinə mane olmağa çalışan İŞİD qruplaşması törədib
Sputnik

BAKI, 22 aprel — Sputnik. Əfqanıstanın paytaxtı Kabildə dalbadal terror aktı törədilib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində onlarla ölən var.

Terror aktında 31 nəfər ölüb, 57 nəfər yaralanıb. Partlayışı terrorçu-kamikadze törədib. Hadisə yerində polis və həkimlər çalışır. Partlayış seçicilərin qeydə alınması və şəxsiyyəti yəsdiq edən sənədlərin verilməsi mərkəzinin yaxınlığında baş verib.

​Az sonra ölkənin şimal-şərqindəki Baqlan əyalətində daha bir partlayış həyata keçirilib. Bu partlayış nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

Güman edildiyinə görə, terror aktlarını ölkədə keçirilməsi planlaşdırılan parlament seçkilərinə mane olmağa çalışan İŞİD qruplaşması törədib.