İsveçrədə qurdlardan hamburger hazırlanıb

Market bu qidaları "Sağlamlığınız üçün", "Ləzzətli" kimi ifadələr ilə cəmiyyətə tanıdır
Sputnik

BAKI, 22 aprel — Sputnik. İsveçrədə keçən il dəyişən qida qaydalarından sonra market və restoranlarda böcəklər və digər həşəratlar sərbəst şəkildə satılmağa başlayıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Coop” adlı supermarketdə böcəkdən hazırlanan hamburger satışa çıxarılmağa başlanıb. Firmanın şüarı isə belədir: "Böcəklərdən olan qidalar ət və ya toyuqdan daha çox protein qaynağıdır".

Hamburgerlərin çörəkləri isə un qurdundan hazırlanır. Hamburgerin içində düyü, kök kimi qidalar var. Market bu qidaları "Sağlamlığınız üçün", "Ləzzətli" kimi ifadələrlə cəmiyyətə tanıdır.

Bu qidalara günü-gündəm tələbat artır. İçində 2 ədəd bürger olan  paket 9 dollara satılır.