Çılpaq kişi insanları atəşə tutdu: Ölənlər var

Hadisə zamanı cinayətkar çılpaq olub. O, olay yerindən qaçıb
Sputnik

BAKI, 22 aprel — Sputnik. ABŞ-ın Tennessi ştatının Neşvil şəhərində atışma olub. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, "Waffle House" kafesi yaxınlığında atışma zamanı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Şəhər polisi məlumat yayıb ki, silahlı şəxs yerli vaxtla saat 03:25-də (Bakı vaxtı ilə 12:25) insanlara atəş açmağa başlayıb. Kafedəki insanlardan biri silahı onun əlindən ala bilib.

Hadisə zamanı cinayətkar çılpaq olub. O, olay yerindən qaçıb. Polis axtarış aparır.