Toqquşma oldu, 30 nəfər həyatını itirdi

Polis bildirib ki, toqquşma səbəbindən bir çox insan həmin ərazini tərk edib
Sputnik

BAKI, 21 aprel — Sputnik. Nigeriyanın şimalında baş verən silahlı basqın zamanı 30 nəfər həyatını itirib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zamfara əyalətinə bağlı olan Kabaro və Danmani kəndlərin silahlı qrup tərəfindən basqın edilib. Toqquşma zamanı çox sayda insan yaralanıb.

Polis açıqlamasında bildirib ki, toqquşma səbəbindən bir çox insan həmin ərazini tərk edib. Polis üç şübhəlini tutub.

Qeyd edək ki, bu ərazidə tez-tez yerli sakinlərlə çobanlar arasında toqquşmalar baş verir. Heyvanları otarmaq üçün ölkənin cənubuna köç edən çobanlar, yerli sakinlərin onların heyvanlarını oğurlamağa çalışdıqlarını və onların özlərinə hücum etdikərini iddia edirlər.