Şimali Koreya liderindən gözlənilməz qərar

Şimali Koreya bütün nüvə və raket sınaqlarının aparılmasını dayandırıb
Sputnik

BAKI, 21 aprel — Sputnik. KXDR lideri Kim Çen In Şimali Koreyada nüvə və raket sınaqları aparılmasının dondurulduğunu və ölkənin şimalındakı nüvə poliqonunda işlərin dayandırıldığını bəyan edib.

Report xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Ryonxap" agentliyi məlumat yayıb.

"Aprelin 21-dən Şimali Koreya nüvə sınaqlarını və qitələrarası ballistik raketlərin buraxılışını dayandıracaq… KXDR sınaqların dayandırılmasına dair vədini təsdiq etmək üçün ölkənin şimalındakı nüvə poliqonunu bağlayacaq" — deyə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatında bildirilir.

Qərar KXDR-in hakim partiyasının mərkəzi komitəsinin cümə günü keçirilən iclasında qəbul olunub.