MƏDƏNİYYƏT

Səməd Novruzov “Sən supersən!” layihəsini tərk edib, lakin söz verir ki, həmişə oxuyacaq

Azərbaycanlı Səməd Novruzov NTV kanalının “Sən supersən!” layihəsini tərk edib. O, üçüncü tura keçə bilməyib.
Sputnik

Bakıdakı sağlamlıq imkanları məhdud, görmə əngəlli uşaqlar üzrə ixtisaslaşmış 5 nömrəli Respublika xüsusi internat məktəbinin 9-cu sinif şagirdi Səməd Novruzov ikinci turdakı ifasından sonra öz təəssüratlarını bölüşüb.

Azərbaycanlı Səməd Novruzov “Sən supersən!”də çıxışa necə hazırlaşır

Onun sözlərinə görə, baxmayaraq ki, çıxışdan əvvəl xəstələnib, amma öz ifasından məmnun qalıb. Səməd layihədən ayrılandan sonra vokalı buraxmağa hazırlaşmadığını deyib.

NTV teleşirkətinin və Sputnik Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi olan "Sən supersən!" valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara özünü təsdiq etmək şansı verir.

Müsabiqənin iştirakçıları Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Ukrayna və Estoniyadan olan vokalçılardır.