SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Novruz Məmmədov: "Bundan sonra daha çox işləmək lazım olacaq"

N. Məmmədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə, onun namizədliyini təsdiq etdiyi üçün Milli Məclisə minnətdarlığını bildirib
Sputnik

BAKI, 21 apr-Sputnik. “Azərbaycan Prezidentinin bu etimadı böyük məsuliyyət yaradır və mənə etimad göstərdiyinə görə dövlət başçısı İlham Əliyevə təşəkkür edirəm”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın baş naziri postuna təyin edilməsnə razılıq verilən Novruz Məmmədov Milli Məclisdə etdiyi çıxışında deyib.

O, bildirib ki, Azərbaycan bu gün dünyada öz mövqeyi olan ölkədir: “Ölkəmiz ən mürəkkəb geosiyasi regionda yerləşsə də, sabitlikdir. Bunu qoruyub saxlamaq, inkişafı daha da sürətləndirmək lazımdır. Bundan sonra ölkənin inkişafı üçün əlimdən gələni etməyə çalışacağam”.

N.Məmmədov deyib ki, ölkəmiz beynəlxalq əməkdaşlığa böyük töhfələr verib: “İqtisadi sahədə indiyədək əldə etdiyimiz uğurları daha da konkretləşdirmək lazımdır. Qarşımda duran əsas vəzifə budur. Ölkəmiz siyasət, iqtisadiyyat, mədəniyyət və s. sahələrdə uğurlar əldə edib”.

O, bildirib ki, bundan sonra daha çox işləmək lazım olacaq: “Ümummilli lider Heydər Əliyevin yoluna daha inamla bağlı olaraq bu yolu davam etdirəcəyik”.

N. Məmmədov ona göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə, onun namizədliyini təsdiq etdiyi üçün Milli Məclisə minnətdarlığını bildirib.