Hindistanda 12 yaşlı qızları zorlayanlar...

Bütün bunlar ölkədə qadın və uşaqlara tez-tez edilən təcavüzləri minimuma çatdırmaq üçün edilir
Sputnik

BAKI, 21 aprel — Sputnik. Hindistanda qadınların çoxdan gözlədikləri qərar qüvvəyə minib. Belə ki, Hindistan hökuməti 12 yaşdan kiçik qızlara qrup şəklində təcavüz edənlər haqqında ölüm hökmünü qanuniləşdirib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu qanun uşaqların təcavüzdən qorunması üçün atılan addımdır. 12 yaşa kimi uşaqlara təcavüz edənlər üçün minimal cəza 20 il və ya ömürlük həbs olacaq. Amma 12 yaşa kimi uşaqlara qrup halında təcavüz edənlərə isə ya ömürlük həbs, ya da ölüm cəzası veriləcək.

Bütün bunlar ölkədə qadın və uşaqlara tez-tez edilən təcavüzləri minimuma çatdırmaq üçün edilir.