HADİSƏ

Gürcüstan-Azərbaycan sərhədində sərhədçinin cəsədi tapıldı

Faktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb
Sputnik

BAKI, 21 aprel — Sputnik. Gürcüstan Daxili İşlər Nazirliyinin sərhəd polisinin əməkdaşı ölkənin Azərbaycan ilə sərhəddində ölü vəziyyətdə tapılıb.

Bu barədə Sputnik Gürcüstan məlumat verir.

Üzərində odlu silah yarası olan cəsəd Balakənlə həmsərhəd olan Laqodexi rayonu ərazisində, sərhəd postunda aşkar edilib.

İlkin məlumatlara görə, sərhədçi intihar edib.

Faktla bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.