RUSİYA

Qarda batdı, "öz saçından" dartaraq oradan çıxdı - Münhauzenin qoçaqlığı təkrar olundu

Yük avtomobili ekskavatorun sayəsində on metrlərlə yol qət edə bilib
Sputnik

BAKI, 21 aprel — Sputnik. Ötən həftə Kanadada güclü qar fırtınasına düşən ekskavatorun sürücüsü Baron Münhauzenin "öz saçlarından çəkərək bataqlıqdan xilas olma" fəndini təkrarlamalı olub. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, Münhauzendən fərqli olaraq bu hadisəni bir neçə Monreal sakinini görüblər. Hadisə şahidlərinin biri baş verənləri görüntüyə də ala bilib.

Sosila şəbəkələrdə yayılan videoda görünür ki, iri həcmli yük avtomobili qarda batıb. Qardan çıxa bilməyəın yük avtomobilinə onun üzərində olan ekskavatorun sürücüsü kömək edib. Belə ki, o, hərəkətsiz olan ekskavatorun "parçı" ilə (ağızlığı-çömçəsi) yük avtomobilini qardan çıxarıb və onun sürüşməməsinə yardım edib. Yük avtomobili ekskavatorun sayəsində on metrlərlə yol qət edə bilib.