Sarqsyanın "səbri tükəndi", küçə toqquşmaları və kütləvi həbslər başladı

Hazırda polis şəhərdə hərəkəti bərpa etməyə çalışır
Sputnik

BAKI, 20 aprel — Sputnik. Yerevanda 80-dən artıq aksiya iştirakçısı müxtəlif polis bölmələrinə aparılıb. Sputnik Ermənistan-ın məlumatına görə, bunu paytaxt polisinin mətbuat xidməti bildirib.

"Məlumata görə, bu gün saat 12:00-dək 83 Ermənistan vətəndaşı saxlanılıb" — deyə polisin mətbuat xidməti bildirib.

Daha əvvəl polis Sevan-Yerevan magistralını bağlamağa cəhd edən bir qrup vətəndaşı qovmağa məcbur olub. Hadisə yerindən qovulanlar arasında hadisəni işqlandıran jurnalist Tirayr Muradyan da olub.

Azatutyan prospektində vəziyyət (20 aprel 2018). İrəvan

Sevan-Yerevan magistralı yarım saat bağlı qalıb. Hazırda polis sözügedən yerdə hərəkəti bərpa etməyə çalışır. Həmçinin, Yerevanın Azatutyan prospektində polis onlarla nümayişçini saxlamağa cəhd edir.

"Polis 1 №-li avtobusun açarlarını sürücüdən alaraq 10-dan çox gənci ora mindirdi və naməlum istiqamətdə apardı" — deyə Sputnik Ermənistan-ın hazırda hadisə yerində olan müxbiri bildirib.

Polis hazırda səkilərdə dayanaraq nümayişçilərə yalnız kiçik qruplar şəklində prospektdən keçməyə icazə verir.

Azatutyan prospektində vəziyyət (20 aprel 2018). İrəvan

Xatırladaq ki, "Yelk" fraksiyasınını lideri Nikol Paşinyanın təşəbbüsü ilə aprelin 13-də regionalardan başlayan "vətəndaş itaətsizliyi" aksiyası aprelin 16-da Yerevanda vətəndaşların yolları, küçə və meydanları bağlaması ilə davam etdirilib. Eks-prezident Serj Sarqsyanın baş nazir olmasına etiraz edən nümayişçilər getdikcə sıralarını daha da genişləndirir.

Nikol Paşinyan "Vətəndaşlıq borcu" partiyasının lideri, 2012-ci ildən Ermənistan parlamentinin deputatıdır. "Aykakan jamanak" qəzetinin baş redaktoru olub. Hər zaman müxalifət mövqeyində olan Paşinyan 2008-ci ildə Ermənistanın lk prezidenti Levon Ter-Petrosyanla birləşərək onun seçki kampaniyasında və 1 mart hadisələrində (100 minlik kütləvi aksiya) iştirak edib. Nəticədə onun haqqında axtarış elan edilib və o, bir il sonra polisə təslim olub.

Azatutyan prospektində vəziyyət (20 aprel 2018). İrəvan

2010-cu ildə Paşinyan kütləvi iğtişaşların təşkilinə görə 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2011-ci ildə amnistiyaya düşüb. Levon Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresinin siyahısından parlamentə üzv seçilib. Hazırda parlamentin müxalifətçi "Yelk" blokuna rəhbərlik edir.