CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident Əli Həsənovun barəsində qərar verdi

Prezident İlham Əliyev sərəncam imzalayıb
Sputnik

BAKI, 20 aprel — Sputnik. Prezident İlham Əliyev Əli Həsənovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan bu barədə prezidentin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, sərəncamla Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həllində səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.