HADİSƏ

Polis əhaliyə müraciət edir: Onu görənlər dərhal məlumat versin!

Sumqayıt sakini dənizdə qayıqla üzmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb
Sputnik

BAKI, 20 aprel — Sputnik. Sumqayıtda 18 yaşlı gənc itkin düşüb. Sputnik AzərbaycanReport-a istinadla xəbər verir ki, Sumqayıt şəhər 2-ci mikrorayon, ev 16/21v, mənzil 14 ünvanında yaşayan, 2000-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərov dənizdə qayıqla üzmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən məlumat verilib.

Nüsrət Nəzərov

Şəkildə oğlanı tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi"nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin (+994 18) 655-74-85, (055) 943-94-94 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.