BAKI, 20 aprel — Sputnik. Almaniyanın paytaxtında tapılan İkinci Dünya Müharibəsindən qalmış bombaya görə ətrafda olan evlər, ofislər, xəstəxanalar, səfirliklər boşaldılacaq, insanlar təxliyə edilib.
Bu barədə Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir.
Heidestras yaxınlığında 800 metr ərazisi yaxınlığında dövlət əhəmiyyətli binalar, o cümlədən, İndoneziya və Özbəskistan səfirliyi də yerləşir. İngiltərə istehsalı olan bomba bu gün olduğu yerdən götürlüb.
Xatırladaq ki, hər il 1939-1945–ci illərdə baş verən müharibədən qalma və partlamamış minlərlə bomba tapılır. Ayın əvvəli Berlində 100 kiloqramlıq daha bir bomba tapılmışdı. Ötən il isə 1,5 tonluq bomba tapıldığı üçün 65 min insan təxliyə edilmişdi.
2011-ci ilin dekabrında Koblenzdə əhalinin yarsıdı 45 min insan, 2015-ci ilin mayında Kölndə bir tonluq bomba səbəbi ilə 20 min insan, 2016-cı ilin dekabrında Ausburqda 1,8 tonluq İngilis bombası səbəbilə 50 min və 2017-ci ilin myaında İngiltərə istehsalı 3 bomba üçün Hannoverdən 50 min insan çıxarılıb.