Nənə özündən 53 yaş kiçik oğlana ərə getdi

72 yaşlı Almedanın əri onun ən kiçik nəvəsindən belə 3 yaş kiçikdir
Sputnik

BAKI, 19 aprel — Sputnik. Amerikada yaşayan 72 yaşlı Almeda Eril yenidən ərə gedib. Qadın oğlunun dəfnində tanış olduğu və özündən 53 yaş kiçik olan Gary Hardviklə ailə həyatı qurub.

Almeda Errell və Gary Hardwick

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 72 yaşlı Almedanın yeni əri onun ən kiçik nəvəsindən belə 3 yaş kiçikdir. Qadın sosial şəbəkələrdə çox məşhurdur. Hətta cütlük izləyiciləri üçün üzərində şəkilləri olan fincan və qələmlər satışa çıxarılıb.