HADİSƏ

Rayon mərkəzində intihar hadisəsi baş verdi

Onun son vaxtlar psixoloji gərginlikdən əziyyət çəkdiyi bildirilir
Sputnik

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Tovuz rayonunda intihar hadisəsi baş verib. Hadisə rayon mərkəzində qeydə alınıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Hacıyev Fazil Arif oğlu yaşadığı evin həyətində olan tövlədə özünü asaraq intihar edib.

İntihar edən şəxsi tanıyanlar onun 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olduğunu bildiriblər. 2-ci qrup əlil olan Fazil Hacıyev Tovuzda dövlət idarələrinin birində tikinti sahəsində çalışıb. Yaxınları onun sinir pozğunluğundan əziyyət çəkdiyini, son 1 ayda aqressiv olduğunu, hadisə baş verən gün evdə kimsənin olmamasından istifadə edərək özünə qəsd etdiyini deyiblər. 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.