HADİSƏ

Sahibsiz it yenə camaatı təşvişə saldı

Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra uşaq ambulator müalicə almaq şərti ilə evə buraxılıb
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Qax rayonunda təhlükəli hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini, 2014-cü il təvəllüdlü Elcan Balacayev it dişləməsi xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

Azyaşlı uşağa hücum edən sahibsiz it onun sol ayağının baldır nahiyəsindən dişləyib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.