Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 19 aprel – Sputnik. Şimal bölgəsində zəlzələ olub.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Quba, Qusar və Şabran rayonlarında 22:15 radələrində yeraltı təkan qeydə alınıb.
İlkin ehtimala əsasən, zəlzələ 3-4 bal gücündə olub. Şabran rayon əhalisi təşviş içindədirlər. Bəzi yerlərdə rayon camaatı küçələrə çıxıb.