RUSİYA

Rusiya kosmosa hərbi peyk buraxdı

Rusiya Qazaxıstandakı Baykonur kosmodromundan fəzaya hərbi peyk göndərib
Sputnik

BAKI, 19 aprel — Sputnik. Rusiya Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa hərbi peyk buraxıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Hərbi peykin Moskva saatıyla bu gün 01.12-də "Proton-m" raketdaşıyıcısı ilə Qazaxıstandakı Baykonur kosmodromundan uğurla orbitə çıxarıldığı bildirilir.