NATO komandanı Bakıya gəlib

İlham Əliyev NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Sputnik

BAKI, 19 aprel — Sputnik. NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, prezident İlham Əliyev Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.