İki dəfə lotereyada cek-pot udan şəxsdən məsləhət…

Forsberq xatırladıb ki, o, 7 il əvvəl lotereyada 10 min dollar udub
Sputnik

BAKI, 19 aprel — Sputnik. Lotereyada iki dəfə bəxti gətirən amerikalı uğurunun sirrini açıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ikinci dəfə lotereyada cek-pot udan amerikalı Maykl Forsberq öz uğurunun sirrini yaxşı karma ilə əlaqələndirib.

Kaliforniya sakini bildirib ki, o, lotereya bileti almamışdan öncə "uğurun üz döndərdiyi birinə" 6 dollar verib. Bundan sonra Forsberq bilib ki, lotereyada 750 min dollar udub. O mağazaya qayıdıb və satıcıdan xahiş edib ki, biletin həqiqiliyini yoxlasın.

"Mən bilmirdim ki, bu bilet həqiqidir, yoxsa mən harasa səhv baxmışam" – deyə amerikalı bildirib.

Forsberq hesab edir ki, bu yolla onun xeyirxahlıq edib verdiyi 6 dolları ona qaytarıblar.

Forsberq xatırladıb ki, o 7 il əvvəl lotereyada 10 min dollar udub.

O etiraf edib ki, hər zaman bəxti gətirəcəyinə inanıb. Udduğu pulu o borclarını ödəməyə və problemlərini həll etməyə xərcləyəcək.