Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 19 aprel – Sputnik. Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, rayonun Bayxanlı kəndində intihar hadisəsi qeydə alınıb.
Belə ki, Bayxanlı kənd sakini, 2002-ci il təvəllüdlü Aytac Kamranova həyətlərindəki tikilidə özünü asaraq intihar edib.
Qeyd edək ki, mərhum A.Kamranova 10-cu sinif şagirdi olub. İntiharın hansı səbəbdən baş verməsi məlum deyil.