Pişiyinə qəbir qazdı, özü düşdü...

Qadının cəsədi 3 ay orada qalıb
Sputnik

BAKI, 19 aprel — Sputnik. Yaponiyada qəribə hadisə baş verib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, yaponiyalı qadın öz pişiyinin dəfni zamanı ölüb.

50 yaşlı qadın pişiyi üçün qəbir qazan zaman ürəyində problem yaranıb və elə orada ölüb. Onun cəsədi pişik üçün qazdığı qəbirə düşüb. Qadının cəsədi 3 ay orada qalıb. Onun cəsədini evin yiyəsi tapıb. O qadından kirayə pulu almaq üçün gəlib və qadının öldüyünü görüb. Qadının cəsədinin yanında pişiyin leşi və bel olub.