HADİSƏ

Nazirlik işçilərinin müdaxiləsi faciənin qarşısını aldı

Bağlı qapı arxasında xilas edilənlər 2005-ci il təvəllüdlü Elza İsazadə və 2008-ci il təvəllüdlü Lətif İsazdədirlər
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Lənkəranda bağlı qapı arxasında qalan iki uşaq xilas edilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, xilasestmə əməlillaytı Lənkəranın Şəhidlər Xiyabanı bina 46/4 mənzil 33 ünvanında keçirilib. 

Belə ki, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi iki azyaşlı uşağın köməksiz vəziyyətdə bağlı qapı arxasında qalması haqda məlumat əldə edib. Dərhal hadisə yerinə glən xilasetmə qrupu xüsusi avadanlıqların vasitəsilə bağlı qapını açaraq içəri daxil olublar. Bağlı qapı arxasında xilas edilənlər 2005-ci il təvəllüdlü Elza İsazadə və 2008-ci il təvəllüdlü Lətif İsazdədirlər. 

Hər iki uşaq ailə üzvlərinə təhvil verilib.