Təyyarə havada parçalandı, zərbə sərnişini bayıra atdı

"Southwest Airlines" şirkətinə məxsus olan "Boing 737-700" təyyarəsinin motorunda partlayış olub
Sputnik

BAKI, 18 aprel — Sputnik. Amerika Birləşmiş Ştatlarında ağır təyyarə qəzası baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Filadelfiyada təcili eniş edən sərnişin təyyarəsinin gövdəsi havada parçalanıb. Bu zaman bir qadın hava axını ilə təyyarədən yıxılaraq dünyasını dəyişib.

"Southwest Airlines" şirkətinə məxsus olan "Boing 737-700" təyyarəsinin motorunda partlayış olub. Bundan sonra pilot təcili eniş qərarı verib. Partlayış zamanı təyyarənin bir pəncərəsi, qanadları və gövdəsi zərər görüb.

Xatırladaq ki, ABŞ-da sonuncu dəfə sərnişin təyyarəsində ölümlə nəticələnən qəza 2009-cu ildə baş verib.