Eks-prezidentin xanımı vəfat etdi

Bəzi məlumatlara görə, keçmiş prezidentin xanımı ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkirmiş
Sputnik

BAKI, 18 aprel — Sputnik. Keçmiş ABŞ prezidenti Corc Buşun (böyük C.B.) həyat yoldaşı Barbara Buş 93 yaşında vəfat edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Cim Makqrat öz tvitter səhifəsində yazıb.

Qeyd edək ki, daha əvvəl də ABŞ mətbuatı Barabara Buşun vəziyyətinin pisləşməsinə baxmayaraq, xəstəxanaya müraciət etmədiyi barədə yazmışdı.

Bəzi məlumatlara görə, keçmiş prezidentin xanımı ağciyərlərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkirmiş.

Xatırladaq ki, Barbara Buş 1925-ci il iyunun 8-də Nyu-Yorkda anadan olub. Ata xəttindən o, ABŞ-ın 14 cü prezidenti Franklin Pirsin uzaq qohumudur.

Corc Buşla Barbara 16 yaşı olanda yeni il gecəsində tanış olublar. Onlar 1945-ci ildə evləniblər. Corc və Barbaranın 5 övladı, 17 nəvəsi və 7 nəticəsi var.