Prezident İlham Əliyev and içir

Andiçmə mərasimi Milli Məclisdə təşkil olunub
Sputnik

Bakı, 18 aprel — Sputnik. Bu gün, 11 aprel 2018-ci ildə keçirilən prezident seçkilərində qələbə qazanan və növbəti 7 il müddətinə Azərbaycanın prezidenti seçilən İlham Əliyevin andiçmə mərasimi keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, andiçmə mərasimi Milli Məclisdə təşkil olunub.

Qeyd edək ki, İlham Əliyev preizdent seçkilərində 86,02 faiz səslə qalib olmuşdu.

Dünən, yəni 17 apreldə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqlədi.