Türk hərbçilərinin bu silahı düşmənlərin qorxulu yuxusuna çevriləcək

Pilotsuz skatların təqdimatına 63 gün qalıb
Sputnik

BAKI, 18 aprel — Sputnik. Türkiyənin kiber skatları gəmiləri batıracaq. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, Türkiyənin "Albayrak Savunma" şirkəti qeyri-adi dəniz minası hazırlayır. Bu pilotsuz intiharçılar dəniz skatlarına bənzəyir. İstehsalçı şirkətin paylaşdığı videodan göründüyü kimi bu elektron balıqlar suyun altında saatda 10 kilometrə qədər sürətlə hərəkət etməyi bacarır.

Ehtiyac olduqda isə o qurbanı izləmək və ya enerjiyə qənaət etmək üçün dənizin dibinə oturacaq. Kiber skatların sahibi əmr verən kimi isə o düşmən gəmilərinə tərəf üzüb, onun korpusuna çırpılıb, patlayacaq. İstehsalçıların sözlərinə görə, pilotsuz skatlar o qədər canlıya bənzəyir ki, onları köpək balığı kimi yırtıcılardan qorumaq üçün qoruyucu sistemlə təchiz edəcəklər.

Hazırda şirkətin saytında gerisayım başlayıb. Pilotsuz skatların təqdimatına 63 gün qalıb.