QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənilər Ağcabədi sakinini vurdular

Xəstəxanaya yerləşdirilən R.Hacıyevin vəziyyəti qənaətbəxşdir
Sputnik

BAKI, 18 aprel — Sputnik. Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

Xəstəxanaya yerləşdirilən R.Hacıyevin vəziyyəti qənaətbəxşdir.