BAKI, 17 aprel — Sputnik. Türkiyənin Hollandiyanın Rotterdam şəhərindəki Baş Konsulluğunun binasına hücumun qarşısı alınıb.
Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, hücuma cəhd göstərməkdə şübhəli bilinən 4 nəfər tutulub.
Prokurorluqdan şübhəlilərin Mərakeş mənşəli Hollandiya vətəndaşları olduğu qeyd olunub. Saxlanılmaya onların telefon danışıqları əsas olub. Onların 2017-ci ildə saxlanılan başqa bir şəxslə münasibətdə olduqları bildirilir.
Olayla bağlı əlavə məlumat verilmir.