Suriyaya yeni zərbələr endirilib

Şayrat bazasına atılan 10 raketin hamısı vurulub
Sputnik

BAKI, 17 aprel — Sputnik. Suriyanın Şayrat aviabazasına yenə raket zərbələri endirilib. Sputnik AzərbaycanRİA Novosti-yə istinadla xəbər verir ki, bütün raketlər Homs rayonunda Suriya Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

Şayrat bazasına 10 raket atılıb. Onların hamısı aviabazaya çatmamış havadaca vurulub.

Hələlik zərbəni hansı ölkənin endirdiyi dəqiq məlum deyil. ABŞ Şayrat bazasına hücumda iştirakını təkzib edib. Bəzi məlumatlara görə, hərbi zərbəni İsrail Hərbi Hava Qüvvələri endirib.