Ankaranın qəzəbinə səbəb olacaq fakt ortaya çıxdı

Pentaqon büdcəsində terror təşkilatlarına silah-sursat yardımı üçün vəsait nəzərdə tutulub
Sputnik

BAKI, 17 aprel — Sputnik. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2019-cu il büdcəsi ilə bağlı ilginc fakt ortaya çıxıb. Sputnik Azərbaycan"Anadolu" agentliyinə istinadla xəbər verir ki, həmin büdcədə Suriyada PKK/PYD terror təşkilatlarının da daxil olduğu 60-65 min nəfərlik yaraqlı qrupun silah-sursatla təminatı üçün vəsait nəzərdə tutulduğu bəlli olub.

Pentaqon fevral ayında 2019-cu maliyyə ili üçün müdafiə büdcəsini Konqresə təqdim edib. Pentaqon həmin müdafiə büdcəsində Suriyada İŞİD əleyhinə mübarizə çərçivəsində əməkdaşlıq etdiyi qruplara 300 milyon dollarlıq silah-sursat dəstəyi istəyib.

Büdcədə, həmçinin sərhəd təhlükəsizliyi üçün həmin qruplara 250 milyon dollarlıq yardım nəzərdə tutulub.