CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olundu

Liya Bayramovanın tutduğu vəzifədən getməsi onun elmi fəaliyyətlə məşğul olmaq niyyəti ilə bağlıdır
Sputnik

BAKI, 17 aprel — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova öz xahişi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə Sputnik Azərbaycan nazirliyin mətbuat xidmətinə istinadən məlumat verir. Məlumatda bildirilir ki, Liya Bayramova 2015-ci ildən mətbuat xidmətinə rəhbərlik edib. 

"Rəhbərlik etdiyi müddət ərzində adı çəkilən şöbənin Azərbaycan KİV-i ilə əməkdaşlığın təkmilləşdirilməsi üzrə böyük işlər aparılıb, bölgələrin müalicə mərkəzlərinə tanışlıq məqsədi ilə dəfələrlə ziyarətlər, həmçinin səhiyyə və bu sahə ilə bağlı bir çox konfrans və hesabat tədbirləri təşkil edilib. Uğurlu fəaliyyətinə görə Liya Bayramova çoxsaylı diplom və mükafatlarla, o cümlədən səhiyyə naziri O.Şirəliyevin qərarı ilə "Səhiyyə əlaçısı" nişanı ilə təltif edilib", — nazirlikdən vurğulanıb.

Özünün dediyinə görə, Liya Bayramovanın tutduğu vəzifədən getməsi onun elmi fəaliyyətlə məşğul olmaq niyyəti ilə bağlıdır.