HADİSƏ

Həkimlərin məsləhətinə qulaq asmadı və sonu faciəli oldu

Altı aylıq hamilə qadın xəstəxanada dünyasını dəyişib
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Bu gün Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadın dünyasını dəyişib. Xaçmaz rayonunun Yeni Həyat kənd sakini, 28 yaşlı Rəqsanə Səfərovanın vəziyyəti ağırlaşıb və o, Quba Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Rayon xəstəxanasından Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, R.Səfərovaya vaxtilə hamilə qalmağın səhhəti üçün böyük təhlükə olduğu bildirilsə də, o, bu xəbərdarlığa məhəl qoymayıb və hamilə qalıb. Mərhumun ölüm səbəbinin beynində damar genişlənməsi olduğu bildirilib.

Onuda qeyd edək ki, Səfərova altı aylıq hamilə olub və bu onun ilk hamiləliyi imiş.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.