RUSİYA

Evini sökdülər, 15 min dollarlıq zinət tapıldı

Mütəxəssislər qutunun 1941-1942-ci illərdə gizlədildiyini təxmin edirlər
Sputnik

BAKI, 17 aprel — Sputnik. Rusiyada 19-cu əsrə aid bir bina sökülüb. Bina sökülən zaman orada yaşayan ev sahibləri heyrətlənib.

Sökülən evdən içi qızılla olan dəmir sandıq tapılıb. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, arxeoloqlar sandığa ilkin baxış keçirib və müəyyən olub ki, Rusiya İmperiyası dövrünə aid pullar, qızıllar orada yerləşdirilib.

Mütəxəssislər qutunun 1941-1942-ci illərdə gizlədildiyini təxmin edirlər. Tapılan bahalı əşyaların 15 min dollar qiyməti olduğu bildirilir.

Bunların bəziləri muzeydə ekspozisiyada sərgilənəcək.