BAKI, 17 aprel — Sputnik. Ermənistan silahlı qüvvələrinin daha bir təxribat cəhdinin qarşısı alınıb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 17-də cəbhənin Tərtər istiqamətində ordumuzun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq məhv edilib.