MƏDƏNİYYƏT

Cümhuriyyət ilinin loqotipi hazırlanıb

Loqotip "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunması üçün nəzərdə tutulub
Sputnik

BAKI, 17 aprel — Sputnik. Bu il "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunub. Bu səbəbdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti 100" loqotipi hazırlanıb.

AXC-nın 100 illiyi ilə bağlı maraqlı video-çarx

Sputnik Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli, "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi" haqqında 10 yanvar 2018-ci il tarixli sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti 100" loqotipi hazırlanıb.

Loqotipin müəllifi Zaur Həmzəyevdir. Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcədə "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunması üçün nəzərdə tutulub.