TƏHLİL

Politoloq: “Bölgədə Azərbaycanın maraqlarına zidd proseslər gedir”

Politoloq Fikrət Sadıxov deyir ki, aparıcı ölkələr öz maraqlarına uyğun olanda münaqişələrə müdaxilə edirlər
Sputnik

Fikrət Sadıxov: “Suriya hökuməti kimyəvi silah tətbiq edibsə cəzalandırılmalıdır”
“Bölgədə baş verənlərə diqqət edəndə görürük ki, Azərbaycanın maraqlarına zidd proseslər gedir”. Bunu Suriyada baş verən son hadisələri Sputnik Azərbaycan-a şərh edərkən politoloq Fikrət Sadıxov deyib. O bildirib ki, aparıcı ölkələr öz maraqlarına uyğun olanda münaqişələrə müdaxilə edirlər:

“Suriyada kimyəvi silahı kimin istifadə etdiyini araşdırmaq lazımdır. Bunu Suriya hökuməti edibsə, cəlanadırmaq lazımdır, əgər bunu üçüncü bir qüvvə edirsə, məsələ araşdırılmalıdır. Əks halda, beynəlxalq hüquq normaları bundan sonra da tapdanacaq və inkar olunacaq”.

Qeyd edək ki, aprelin 14-də ABŞ, Britaniya və Fransa Dəməşq və Homs ətrafına raket zərbələri endirib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz