HADİSƏ

Respublika Narkoloji Mərkəzində yenə faciə baş verib

Bakıda bir gündə üç intihar: İkisi xəstəxanada qeydə alınıb
Sputnik

BAKI, 17 aprel — Sputnik. Ötən sutka ərzində Bakıda iki intihar və bir intihara cəhd qeydə alınıb. Sabunçu rayon Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının pasienti müalicə olunduğu palatada özünü döşəkağı ilə asıb.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. İntihar aprelin 16-da axşam saatlarında baş verib. 1990-cı il təvəllüdlü Sənan Nəsibov öz canına qıyıb. İlkin araşdırma zamanı məlum olub ki, cavan oğlan depressiv vəziyyətdə olub.

O, əvvəllər də iki dəfə intihara cəhd edibmiş. Bununla əlaqədar olaraq anası onu xəstəxanaya yerləşdirib ki, həkimlər depressiyadan çıxmaqda kömək etsinlər. Nəsibov eyni zamanda narkotik aludəçisi olub. O, heç yerdə oxumayıb və işləməyib. Nəsibovun intihar faktı ilə bağlı AR CM-in 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. 

Baş Prokurorluqdan Narkoloji Mərkəzlə bağlı açıqlama

Elə həmin gün Respublika Narkoloji Mərkəzində intihar baş verib. Dispanserdə müalicə alan, 1968-ci il təvəllüdlü Bəbir Mirzəliyev fincanı qıraraq öz venasını kəsib. Kişi çoxlu qan itirib. İlkin məlumata görə, kişi depressiv vəziyyətdə olub.

Səbail rayonunda isə, 8 gün əvvəl itkin düşmüş gənc qadının cəsədi tapılıb. Rayonun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1973-cü il təvəllüdlü Səbinə Bünyadovanın meyiti Şıxov çimərliyi ərazisindən tapılıb.

Qadın aprelin 8-də evdən çıxıb və bir daha qayıtmayıb. Bünyadovanın özünə qəsd etdiyi ehtimal olunur. Hələlik intiharın səbəbi məlum deyil. Faktla bağlı Səbail rayonunda araşdırma aparılır.