BAKI, 17 aprel — Sputnik. ABŞ yenidən Rusiyanın ünvanına ittihamla çıxış edib.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, bu ölkənin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) nümayəndəsi Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyi iddia edilən Şərqi Qutanın Duma bölgəsi haqqında açıqlama verib. Açıqlamada Rusiyanın hadisə yerindəki dəlilləri məhv edə biləcəyi qeyd olunub.
ABŞ bununla da insident baş verdiyi iddia edilən yerdə kimyəvi silah izinə rast gəlinməyəcəyi ilə bağlı özünü sığorta etməyə başlayıb.