"Rusiyada seçkilərə daha çox gənclər, Azərbaycanda isə bütün yaş təbəqələri qatıldı"

Oleq Kuznetsov: "Hər iki ölkədə keçirilən prezident seçkiləri çox yüksək səviyyədə təşkil edilib"
Sputnik

BAKI, 16 aprel — Sputnik. "Azərbaycan və Rusiyanı bir çox ümumi maraqlar birləşdirir". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov deyib.

O bildirib ki, hər iki ölkədə keçirilən prezident seçkiləri çox yüksək səviyyədə təşkil edilib: "Seçkilərdə aktivlik böyük idi. Vətəndaşlar bu seçkilərdə iştirak edərək ölkənin siyasətinə öz maraqlarını ifadə edirdilər".

"Əgər Rusiyada seçkilərə daha çox gənclər gedirdisə, Azərbaycanda seçkilərdə bütün yaş təbəqələri iştirak edib" — deyən O.Kuznetsovun sözlərinə görə, hər iki ölkədə hazırkı prezidentlərin qalib gəlməsi bizim münasibətlərin əvvəlki kimi inkişaf edəcəyini və ölkələr arasındakı etimadın səviyyəsinin daha da artacağını göstərir.