CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın ən tanınmış mağaza şəbəkəsində inanılmaz fırıldaq

Müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb
Sputnik

BAKI, 16 aprel — Sputnik. Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı "Bon Appetit" şirniyyat mağazaları şəbəkəsində qanun pozuntularının olduğu aşkar edilib.

Bu barədə Sputnik Azərbaycan-a nazirliyin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı müəyyən edilib ki, vergi ödəyicisi tərəfindən ikili mühasibatlıq aparılmaqla dövlət büdcəsinə ödənilməli vergilər yayındırılıb. Həmçinin, vergi ödəyicisinin Badamdar qəsəbəsində yerləşən sexinə baxış zamanı əmək müqaviləsi olmayan 55 nəfər vətəndaşın işə cəlb edildiyi müəyyən olunub.

Aşkar edilmiş hallarla bağı müvafiq aktlar tərtib edilib, vergi ödəyicisinə məxsus "qara mühasibatlıq" sənədləri götürülüb. İşçilərdən alınmış izahatlardan aydın olub ki, onların heç biri ilə əmək müqaviləsi (kontraktı) bağlanılmayıb. Faktla bağlı müvafiq araşdırma aparılır.