HADİSƏ

Azərbaycanda uşaq bağçasında yanğın oldu

Yevlax şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsindəki xidməti otaqda yataq dəstləri yanıb
Sputnik

BAKI, 15 aprel — Sputnik. Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax şəhərində uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsindəki xidməti otaqda yataq dəstləri yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.