HADİSƏ

Azərbaycanda millət vəkili vəfat etdi

O bir müddət əvvəl xaricdə yaşayan azərbaycanlılar barəsində işlətdiyi qeyri-etik ifadələrlə qalmaqala səbəb olmuşdu
Sputnik

BAKI, 15 aprel — Sputnik. Azərbaycan Milli Məclisinin üzvü Astan Şahverdiyev vəfat edib.

APA-nın məlumatına görə, A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda dünyasını dəyişib.

Şahverdiyev Astan Nuşrəvan oğlu 1947-ci ildə anadan olub.

Deputat Astan Şahverdiyev əslən Cəbrayıl rayonundandır. O bir müddət əvvəl xaricdə yaşayan azərbaycanlılar barəsində işlətdiyi qeyri-etik ifadələrlə qalmaqala səbəb olmuşdu.